5.1. Katiblik Komissiyanın fəaliyyəti ilə bağlı təşkilati və kargüzarlıq işlərini yerinə yetirir.
5.2. Komissiyanın hüquq və vəzifələrinə aid edilən məsələlər Komissiyanın Katibliyinə daxil olduqda Katiblik onları Komissiya üzvlərinə və Komissiyanın sədrinə çatdırır və məsələlərə baxılması üzrə iş planı hazırlayır.
5.3. Komissiyanın iclasları altı ayda bir dəfədən az olmayaraq keçirilir.
5.4. Komissiyanın qərarları hər Tərəfdən üzvlərin ən azı 3-ünün və cəmi üzvlərin ən azı 2/3-nin iştirakı ilə qəbul edilir. Hər üçün tərəf lehinə səs verdiyi halda qərar qəbul edilmiş hesab olunur.
5.5. Komissiyanın qərarları 10 gün müddətində Tərəflərə çatdırılır.
5.6. Komissiyanın qərar qəbul etməsinin digər şərtləri və Katibliyin fəaliyyətinin digər məsələləri Komissiyanın reqlamenti ilə müəyyən edilir.
5.7. Qəbul olunmuş qərarla razı olmayan Komissiyanın üzvləri onların xüsusi rəylərinin Komissiyanın iclasının protokolunda qeyd edilməsini tələb edə bilərlər.
5.8. Komissiyanın qəbul etdiyi qərarlar tövsiyə xarakteri daşıyır. İşəgötürənlərin və işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan aidiyyəti normativ hüquqi aktların layihələrinə baxılarkən Komissiyanın qəbul etdiyi qərarların müzakirəsi mütləqdir.