Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədridir və sosial rifahın yaxşılaşdırılması, məşğulluğun dəstəklənməsi və sosial ədalətin təşviqinə yönəlmiş tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) yanında Ekspertlər Şurasının koordinatoru və Milli Preventiv Qrupun eksperti olub. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının layihələrində ekspert, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, Sosial Tədqiqatlar Mərkəzində icraçı direktor vəzifəsində çalışır. BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ekspert kimi çıxış etmiş, insan hüquqları və əmək münasibətləri sahəsində layihələrdə iştirak etmişdir. 15-dən çox kitab və tədris vəsaitinin, həmçinin 20-dən artıq elmi-tədqiqat işinin müəllifidir.