Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədridir.
Rəhbərlik etdiyi təşkilat Azərbaycanda mina və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin hüquqlarını müdafiə etmək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Mina qurbanlarına psixoloji və sosial dəstək göstərilməsi, onların məşğulluq imkanlarının artırılması üçün aktiv fəaliyyət göstərir. Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir. Jurnalistlərin Həmkarlar İttifaqının Idarə Heyətinin üzvüdür. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışmaqla yanaşı www.qaziler.az saytının baş redaktorudur.