Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın katibidir. “Əlilliyi Olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri olmuş, həmin təşkilatın bazasında yaradılmış “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri kimi fəaliyyətini davam etdirir.
Əlilliyi olan şəxslərin, o cümlədən uşaqların və digər sosial cəhətdən həssas qrupların sosial-hüquqi müdafiəsi, sosial-psixoloji və pedaqoji xidmətlərə, inklüziv təhsilə çıxış imkanlarının artırılması sahəsində ictimai əhəmiyyət kəsb edən layihələr həyata keçirir və inklüziv cəmiyyətin formalaşmasına dəstək verir. Sosial iş sahəsində ixtisaslaşmış mütəxəssisdir və 15 ildən artıq peşəkar təcrübəyə malikdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür. İctimai sahədə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.