Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədridir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), Norveç və Almaniya səfirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan 100 yaxın sosial layihənin rəhbəri olub. Sosial müdafiəyə ehtiyacı olan qrupların hüquqlarının qorunması, onların rifahının yaxşılaşdırılması və ictimai fəallığın artırılması istiqamətində aktiv fəaliyyət göstərir. Sədri olduğu ictimai birlik BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC), Avropa Birliyinin Şərq Tərəfdaşlığı Platformasının Vətəndaş Cəmiyyəti Forumunun, həmçinin, Avrasiya Xalqları Assambleyasının və Sosial İnkişaf üzrə Beynəlxalq QHT Koalisiyasının üzvüdür. İctimai sahədə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.