Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədridir. “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini kimi fəaliyyət göstərərək, həssas əhali qruplarının sosial müdafiəsi, inklüzivlik və ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində fəal iştirak edir.
İqtisad üzrə elmlər doktoru, professordur. Uzun illər ərzində ali təhsil və elmi-tədqiqat sahəsində çalışmış, müxtəlif universitetlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Texniki Universitetində İnnovativ İqtisadi Araşdırmalar İnstitutuna rəhbərlik edir. Eyni zamanda, Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsini icra edir. 12 monoqrafiya, 4 dərslik, 2 dərs vəsaiti, 500-dən çox, o cümlədən 100-ü beynəlxalq sitat bazalarına daxil olan elmi nəşrlərin müəllifidir. Bir sıra yerli və xarici medianın iqtisadi təhlilçisi və icmalçısıdır. Təhsil sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.