Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavinidir. “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədridir.
İcra etdiyi “Şəhid ailələri və müharibə veteranları ilə iş”, "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı - Biz Qayıdacağıq!" və s. layihələri ilə şəhid ailələri və veteranların sosial vəziyyətinin işıqlandırılması, onlara sosial-psixoloji dəstəyin göstərilməsi və ictimai maarifləndirmənin artırılmasına nail olmuşdur. Qazilərin və şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək, onların hüquqlarını müdafiə etmək, veteranların cəmiyyətə inteqrasiyasını təmin etmək sahəsində ardıcıl işlər aparır. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikasınıın Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrində uzun müddət xidmət etmişdir. Vətən müharibəsi iştirakçısıdır, Şuşa uğrunda döyüşlərdə yaralanmışdır. Dövlət tərəfindən 16 müxtəlif medal ilə təltif olunmuşdur.