Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvüdür.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim olmaqla yanaşı, Odlar Yurdu Universitetində departament rəhbəri vəzifəsini icra edir. 14 elmi məqalənin, 12 tezisin, 1 monoqrafiyanın, 3 kitab bölməsinin müəllifidir. Sosial-iqtisadi maarifləndirmə istiqamətində həyata keçirilən layihələrdə fəal iştirak edir, gənclərin elmi və peşəkar inkişafına dəstək göstərir.