4 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 mln. manat) çox olmaqla 2 mlrd. 715 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz (168 mln. manat) artaraq 2 mlrd. 39 mln. manat olub.
Cari ilin 4 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 501 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (231 mln. manat) çoxdur.