Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı və “Park Cinema” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə şəhid övladları və Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər“44” bədii filmini izləyiblər.
Tədbirdə 50-dən çox şəhid ailəsi üzvü və qazi iştirak edib.
Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan film gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyır.
Film iştirakçılarda dərin və unudulmaz təəssüratlar yaradıb.