Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 62 imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya mərkəzinə göndərilib.
Onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.
Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.