Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində qazilərimizin reabilitasiya xidmətləri ilə təminatı işləri davam etdirilir.
Bu istiqamətdə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq edilir. Ardıcıl şəkildə aparılan işlərin nəticəsi olaraq son aylarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən daha 20-dək şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.
Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 320-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir.