Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində qazilərimiz səmərəli reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlər müsbət nəticəsini verir. Son iki aya yaxın dövrdə müharibə ilə əlaqədar əlilliyi olan daha 120-dən çox şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.
Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.
Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir.