Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüşlər keçirilib.
Görüşlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin tabeliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və s. qurumların nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair Dövlət Proqramı icrası işləri çərçivəsində həmin ərazilərdə həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verib. Doğma yurdlarına köçürülən sakinlərlə bağlı aktiv məşğulluq proqramlarının icrası işlərində işəgötürənlərlə sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərimizdə işçi və işəgötürənlər üçün əmək münasibətləri ilə bağlı həyata keçirilən stimullaşdırıcı dəstək tədbirlərindən, onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan bəhs edilib. Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı istiqamətində görüləcək birgə işlər müzakirə olunub.