Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Unudulmazlar” saytı və mobil tətbiqi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız, mülki şəhidlərimiz, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər haqqında etibarlı informasiya resursudur.