Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Astara rayonunda şəhid Cəmil Qurbanzadənin ailəsini ziyarət edib.
Cəmil Qurbanzadə Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Ailə ilə görüşdə şəhid Cəmil Qurbanzadənin və bütün şəhidlərimizin xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.
Şəhid ailələri ilə bağlı sosial müdafiə tədbirlərindən bəhs olunub. V.Behbudov ailənin sosial vəziyyəti ilə maraqlanıb, ailə üzvlərinin daima dövlətin qayğısı ilə əhatə olunacağını vurğulayıb.