Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ağdaş rayonunda şəhid Qurbanov Xəqan Daşqın oğlunun ailəsini ziyarət ediblər.
Xəqan Qurbanov Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb.
Görüşdə şəhidin xatirəsi yad edilib, şərəfli döyüş yolundan bəhs olunub.
Nazirliyin əməkdaşları görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələri ilə bağlı görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib. Ailəyə bundan sonra da daim qayğı göstəriləcəyi bildirilib.