Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Vətən müharibəsi şəhidləri İbrahimli Məhəmmədəli Mütəllim oğlu və Yusifov Ramil Mürsüd oğlunun ailələrini ziyarət ediblər.
Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.
Hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, onlara sosial ödənişlər təyin olunub, həmçinin məşğulluq məsələlərinin həllinə kömək göstərilib.
Şəhid Məhəmmədəli İbrahimlinin qardaşı Məhəmməd İbrahimli avtotəmizləmə xidmətləri, şəhid Ramil Yusifovun həyat yoldaşı Zeynəb Yusifova isə qadın gözəllik salonu qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunublar.
Görüşlərdə hər iki ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.