Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri və regionlar üzrə bölmələrinin rəhbər heyəti üçün “Korrupsiyaya qarşı mübarizə” və “Etik davranış qaydaları” mövzularında keçirilən təlimlər yekunlaşıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” və "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində təşkil edilən təlimlər Nazirliyin 60-dan çox rayon və şəhər üzrə 100-ə yaxın struktur bölməsini əhatə edib.
Təlimlər “Cəmiyyətin və vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev və Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Ümumilikdə 180-dək əməkdaşın iştirak etdiyi təlimlər əməkdaşların maarifləndirilməsi, onların korrupsiyaya qarşı mübarizə sahəsində potensialının, habelə bu sahədə şəffaflığın və hesabatlılığın artırılması, işçilərin bilik və bacarıqlarının daha da yüksəldilməsi məqsədi daşıyıb.