Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev Həmzə Tərlan oğlunun ailəsini ziyarət edib.
Şəhidin xatirəsi anılıb, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
F.Cəbrayılov müharibədə onunla döyüş yoldaşı olmuş Həmzə Əliyevin şücaətlərindən bəhs edib, şəhid ailələri ilə bağlı sosial dəstək tədbirlərini diqqətə çatdırıb. Həmin tədbirlər çərçivəsində şəhid ailələrinin üzvlərinin məşğulluğuna da dəstək göstərildiyini bildirib.
Quba rayonunun Aşağı Atuc kəndində yaşayan şəhid ailəsi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmalarından razılıqlarını ifadə ediblər.