Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi şəhidləri İşiyev Rəfail Əhmədağa oğlu və Şikarov Nəcəf Şikar oğlunun ailələrini ziyarət ediblər.
Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.
Hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib.
Şəhid Rəfail İşiyevin bacısı Şəlalə Bağırova gözəllik salonu, şəhid Nəcəf Şikarovun həyat yoldaşı Xurşud Şikarova isə kiçik dərzi sexi qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunublar.
Görüşlərdə hər iki ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.