Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi şəhidi Teymur Saday oğlu Osmanlının İsmayıllı rayonunun Cülyan kəndində yaşayan ailəsini ziyarət ediblər.
Görüşdə şəhidimizin xatirəsi anılıb, onun şərəfli döyüş yolundan bəhs olunub.
Teymur Osmanlı Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və həmin döyüşlərdə şəhid olub.
Şəhidin ailə üzvləri bildirib ki, sosial dəstək tədbirləri ilə əhatə olunublar. Onlara müvafiq sosial ödənişlər təyin edilib, ailənin özünüməşğulluq proqramına cəlb olunması üçün də qeydiyyatı aparılıb. Ailənin üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.