Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Lətifov Fərid Qiyas oğlunun Şəki şəhərində yaşayan ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin xatirəsi yad edilərək, onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri barədə ailəyə məlumat verilib. Şəhid Fərid Lətifovun da ailəsinin daim bu dəstək tədbirləri ilə əhatə olunacağı vurğulanıb.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.