Aygün Ramaldanova şəhid polkovnik-leytenant Babək Ramaldanovun həyat yoldaşıdır. Şəhid ailələri, müharibə iştirakçıları və sosial cəhətdən həssas qrupdan olan digər şəxslər üçün nəzərdə tutulan dəstək tədbirlərindən o da kənarda qalmayıb. Hazırda Aygün Ramaldanova Dövlət Məşğulluq Agentliyində çalışır. O, kvota üzrə işlə təmin olunub. Kvota üzrə işlə təminat məhz həssas qrupdan olan şəxslərin məşğulluğunun təminatına yönəldilmiş tədbirdir. Bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğı həm də işəgötürənlər üçün sosial məsuliyyətdir.