“Zəfər turniri”nə sentyabrın 19-dan başlanan qeydiyyat prosesi oktyabrın 19-da yekunlaşır. Bu gün artıq qeydiyyat üçün son gündür. Bu müddət ərzində turnirdə iştirak etmək üçün 374 pensiyaçı qeydiyyatdan keçib. Oktyabrın 20-si və 21-də rayonlarda turnirin seçmə mərhələsi keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar paytaxt Bakıda təşkil olunacaq respublika çempionatında yarışacaqlar.