Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Əliyev Üzeyir Sabir oğlunun ailəsini ziyarət edib.
Gəncə şəhərində yaşayan ailə ilə görüşdə şəhid Ü.Əliyevin xatirəsi yad edilib, onun və bütün şəhidlərimizin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu diqqətə çatdırılıb, bu tədbirlər barədə məlumat verilib.
Şəhid Ü.Əliyevin ailəsinə də sosial ödəniş təyinatı aparıldığı, şəhidin atası Sabir Əliyevin ödənişli ictimai işlər proqramına cəlb olunduğu qeyd edilib. Şəhidin anası Fəridə Əliyevanın isə özünüməşğulluq proqramına cəlb edilərək proqramın dəstəyi ilə onun üçün kiçik təsərrüfat yaradılmasının nəzərdə tutulduğu bildirilib.
Ailənin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb.