Ötən gün keçirilən Qarabağ-Olimpiakos qarşılaşmasını izləyənlər arasında Vətən müharibəsi şəhidlərinin övladları da olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30-a yaxın şəhid övladı stadiona gələrək komandamızın mübarizəsinə öz dəstəklərini ifadə ediblər.
Azyaşlılar stadiona daxil olan zaman digər futbol azarkeşləri tərəfindən səsləndirilən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə qarşılanıblar.
Agentliyin sədri Vüqar Behbudov da qarşılaşmanı şəhid övladları ilə birlikdə izləyib.
Qarşılaşma zamanı uşaqlardan ibarət azarkeşlər “Qarabağ” futbol klubuna olan dəstəklərini üç rəngli bayrağımızı dalğalandıraraq göstəriblər.