Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Hüseynov Ziyarət Mail oğlunun Biləsuvar rayonunun Amankənd kəndində yaşayan ailəsini ziyarət ediblər.
Şərəfli döyüş yolu keçmiş şəhidimizin xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə görülən sosial dəstək tədbirləri barədə ailəyə məlumat verilib. Şəhid Ziyarət Hüseynovun ailəsinin də daim sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.