Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən, xüsusən də həssas qrupdan olan vətəndaşlara qayğı hər bir işəgötürən üçün həm də sosial məsuliyyətdir. Kvota üzrə işlə təminat dövlətin bu kateqoriyadan olan insanlara növbəti dəstəyidir. Vətən müharibəsi iştirakçısı İmran Fariqov da bu kateqoriyadan olan şəxslərdəndir. O, kvota üzrə işlə təmin olunub. İmranın döyüş yolu və müharibədən sonra ona göstərilən sosial dəstək tədbirləri ilə videoçarxda tanış ola bilərsiniz.