Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Turan Tərlan oğlu Məhərrəmovun ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidimizin keçdiyi döyüş yolundan bəhs olunub. Qeyd olunub ki, Vətən uğrunda canlarından keçən cəsur oğullarımızın xatirəsi daima qəlbimizdə yaşayacaq.
Şəhid Turan Məhərrəmovun ailəsi Zaqatala rayonunun Qımır kəndində yaşayır.
Nazirlik əməkdaşları şəhidin ailə üzvlərinə yaranmış imtiyaz və hüquqları barədə məlumat veriblər. Bildirilib ki, dövlətimiz tərəfindən şəhid ailələri və müharibə əlilləri daima xüsusi diqqətdə saxlanır. Onlar sosial dəstək tədbirləri ilə əhatə olunurlar.
Sonra şəhidin məzarı ziyarət olunub.