Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan leytenant Hümbətov Ravil Mübariz oğlunun ailə üzvləri ilə görüşüb.
Şəhidin xatirəsi anılıb, onun keçdiiyi döyüş yolundan bəhs olunub. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağı vurğulanıb.
Digər şəhid ailələri kimi, Hümbətovlar ailəsinə də Prezidentin aylıq təqaüdünün təyin edildiyi qeyd olunub və Fond sədri təqaüd kartını ailəyə təqdim edib. Şəhid ailəsinin digər sosial ödənişlərlə də təmin ediləcəyi və yaşayışının daim diqqətdə saxlanacağı bildirilib.