Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Sadıxov Şəmistan Əbdülağa oğlunun Lerik rayonu, Əvilə kəndində yaşayan ailəsini ziyarət ediblər.
Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub və onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri diqqətə çatdırılıb. Ş.Sadıxovun ailəsinin də daim dövlətimizin qayğısı ilə əhatə olunacağı vurğulanıb. Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.