Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Nurlan Əhmədlinin ailəsini ziyarət edib.
Tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şərəfli döyüş yolu keçən Nurlan Əhmədli Füzuli istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub. Dövlət başçısının Sərəncamları ilə o, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Oğuz rayonunda yaşayan ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi döyüş yolundan, müharibə zamanı göstərdiyi şəxsi igidliklərdən bəhs olunub. Şəhid Nurlan Əhmədlinin hər zaman qəlbimizdə yaşayacağı, daim qürur hissi ilə anılacağı vurğulanıb.
Ailənin sosial vəziyyətinin daima diqqətdə saxlanılacağı qeyd edilib. Dövlət qayğısı ilə əhatə olunan şəhid ailəsi üzvləri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.