Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Nihad Muxtarlı Vətən müharibəsi şəhidi Kamran Qasımovun ailəsi ilə görüşüb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən K.Qasımov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidin atası Fazil Qasımov Dövlət Məşğulluq Agentliyi tərəfindən avtotəmizləmə zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək avadanlıqlarla təmin edilib.
Vətən müharibəsi veteranı Yunis Zeynalabdiyev ilə də görüş olub. O, Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə avadanlıqlarla təmin edilib.
Görüşlərdə onların bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.