Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi şəhidi çavuş Vüsal Dəmirovun İsmayıllı şəhərində yaşayan ailəsini ziyarət ediblər.
V. Dəmirov Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən V.Dəmirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailənin sosial vəziyyəti ilə maraqlanılıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.