Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların qarşısını alan zaman şəhid olan hərbi qulluqçumuz Elmin Səmədovun ailəsini ziyarət ediblər.
Vətən müharibəsində də iştirak edərək böyük şücaət göstərmiş E.Səmədov Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailə ilə söhbət zamanı E.Səmədovun keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun və bütün şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağı vurğulanıb.
Şəhidimizin ailə üzvlərinin sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.