Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Nihad Qasımovun Şəki rayon, Kiçik Dəhnə kəndində yaşayan ailəsini ziyarət ediblər.
19 yaşlı N.Qasımov bu il sentyabrın 13-ü Kəlbəcərdə rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nazirliyin əməkdaşları ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq onlarla bağlı sosial dəstək proqramları icra olunur. Qəhrəman hərbçilərimizin ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.