Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri mütamadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunur.
Bu dəfə şəhid Elnur Məhərrəmovun Göyçay rayonu, Şəkər kəndində yaşayan ailəsi ziyarət edilib.
Əməkdaşlar ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri mütəmadi həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.