Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan şəhid leytenant Elnur Səmədovun İsmayıllı rayonunda yaşayan ailəsini ziyarət ediblər.
Vətən müharibəsində də iştirak edən E.Səmədov Prezident İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan bayrağı ordeni", “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcər azad olunmasına görə”, "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.