Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunur.
Bu dəfə şəhid Nəzər Əzizovun Kürdəmir rayonunda yaşayan ailəsi ilə görüşülüb.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.