Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan gizir Nəzər Əzizovun Kürdəmir rayonunda yaşayan ailəsini ziyarət ediblər.
Nəzər Əzizov 10 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı ilin aprel döyüşləri və 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərib.
Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Nazirliyin əməkdaşları ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq onlarla bağlı sosial dəstək proqramları icra olunur. Qəhrəman hərbçilərimizin ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.