Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!