Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ayda da artmaqda davam edib. Ümumilikdə cari ilin yanvar-avqust aylarında nazirliyin e-xidmətlərinə 7 783 661 müraciət qeydə alınıb.
Bununla yanaşı, yanvar-avqust ayları ərzində 168 476 müavinət, təqaüd və kompensasiya, 18 579 pensiya təyinatı e-infrastruktur üzərindən həyata keçirilib.
Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 8 ayda nazirliyin informasiya bazalarına edilən sorğuların sayı 131 754 363 olub.