Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev sentyabrın 16-sı Lənkəran rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında Milli Qəhrəman Əliyev Əsgər Ələkbər oğlunun atası Əliyev Ələkbər Zülü oğlu da olub. F.Musayev qəhrəmanımızın ailəsinin sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.