Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə başlayan “Qayğı” Çağrı Mərkəzinə (116 123) ötən dövrdə 5700-dən çox müraciət daxil olub.
Müraciətlər əsasən imtiyazlı şəxslərin mənzil və avtomobil təminatı, sosial-psixoloji dəstək, məişət zorakılığından zərər çəkənlərə dəstək, sosial xidmət müəssisələrinə qəbul qaydaları, eləcə də Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı olub.
Hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilərək müvafiq dəstək tədbirləri görülüb.
“Qayğı” Çağrı Mərkəzində Agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul proseduru barədə məlumatlandırma, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, Uşaq Çağrı Xətti və onlayn-psixoloji dəstək istiqamətləri üzrə müraciətlər cavablandırılır.