“DOST İş” Mərkəzinin “YAŞAT” Fondu ilə birgə layihəsi üzrə hazırda 150 nəfər şəxs artıq bir ildir ki, Fondun şəhid ailələri və müharibə əlillərinə dəstək işlərində çalışır.
Onlardan biri də hazırda tələbə olan Yunis Əsgərovdur.
Yunis və digər layihə iştirakçıları bununla əmək müqaviləsi əsasında iş yeri əldə etməklə yanaşı, müvafiq fəaliyyət sahəsi üzrə ilkin bilik və bacarıqlara, peşə vərdişlərinə də yiyələnirlər.
Yunisin müsahibəsini təqdim edirik: