Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 9-da Masallı rayonunda, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə həmin gün Tərtər rayonunda qeyd olunan rayonların sakinlərini qəbul edəcəklər.
Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 31 avqust - 6 sentyabr tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.