Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olmuş Bəşir Nizami oğlu Abbasovun Quba rayonunda yaşayan ailəsini ziyarət edib.
Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Bəşir Abbasov Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub.
H.Məmişov tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən Bəşir Abbasovun xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını vurğulayıb.
Fond sədri şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Şəhidin ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.