Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinə gedərək nümayəndəliyin rəhbəri xanım Milica Buriclə görüşüb.
Nazir Monteneqroda 10 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar xanım Milica Buricə dərin hüznlə başsağlığı verib.
Nazir nümayəndəlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.