Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil olunan növbəti yay istirahət düşərgəsinin daha bir günü rəngarəngliyi ilə seçilib. Şəhid övladları bu dəfə peşəkar təlimçilərin təşkil etdiyi “Axtar-tap” və “Liderlik bacarıqlarının inkişaf etdirilməsi” adlı təlimlərdə iştirak ediblər. Həmçinin azyaşlılara intellektual və əyləncəli oyunlarda özlərini sınamaq imkanı yaradılıb. Ardınca iştirakçılar üçün açıq havada idman oyunları, həmçinin hovuzda müxtəlif əyləncəli su idman oyunları təşkil edilib. Daha sonra peşəkar psixoloq tərəfindən uşaqlara reabilitasiya təlimləri keçilib. Günün sonunda şəhidlərimizin övladları Çənlibel gölündə qayıq gəzintisində iştirak ediblər. Qeyd edək ki, Agentliyin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən biri də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.